Tarix dərslikləri tariximizə güzgü tuturmu? (VİDEO)

Xalq Cümhuriyyəti generallarının adının əbədiləşdirilməsilə bağlı araşdırma aparan əməkdaşımız maraqlı faktın izinə düşüb. Məlum olub ki, nəinki, generallar, hətta Azərbaycan tarixinin mühüm və şərəfli bir mərhələsi olan cümhuriyyət dövrünə orta məktəbin tarix dərsliklərində çox az yer verilib. Bunun pis nəticəsini isə çox gözləmək lazım deyil. Vəziyyət artıq göz qabağındadır.

“Cümhuriyyət dövrünün generallarını – Mehmandarovu, Əliağa Şıxlinskini tanıyırsanmı” sualına məktəbli Ramin tanımıram cavabını verib.

ANS TV-nin məlumatına görə, orta məktəblərdə Azərbaycanın cümhuriyyət dövrü zəif tədris olunur. Dərsliklərdə 1918-1920-ci il tarixi əhəmiyyətli dərəcədə öz əksini tapmayıb. Bu dövrü xüsusilə yuxarı siniflərdə tədris edirlər. Məsələn, 11-ci sinfin Azərbaycan tarixi 1-ci bölmədən Azərbaycan Xalq Cümhuriyyətini öyrənir. Cəmi 6 paraqrafda cümhuriyyətin yaranması və süqutundan bəhs edilir. Amma hansı səviyyədə? Bax bu əsl müzakirə mövzusudur.

“Yaxşı olardı ki, 11-ci sinfin Azərbaycan tarixini təzədən yazsınlar. Mən çox istəyərdim” – deyə tarix müəllimi Nailə Məmmədova bildirib.

Bunu orta məktəbin rus bölməsində Azərbaycan tarixini tədris edən Nailə müəllimə deyir. Təsəvvür edin, rus bölməsi üçün nəzərdə tutulan tarix dərsliklərinin işi daha ağırdır. Ona görə də sualımıza cavab verə bilməyən bu 11-cilər özlərinə bu cür haqq qazandırdılar.

11-ci siniflər üçün Azərbaycan tarixi dərsliyi bu il nəşr olunub. Amma maraqlıdır ki, dərslik Təhsil Nazirliyinin 2000-ci il tarixli əmri ilə təsdiq edilib. Yəni 14 ildir uşaqlar bu kitabdan istifadə edir, üz təzələnir, içərisi olduğu kimi qalır. Əgər dərslik mükəmməl yazılsaydı, buna eybi yox deyərdik. Amma dərslik nəinki mükəmməl, heç orta səviyyədə də deyil. Təsəvvür edin, 6 paraqrafda müstəqil Azərbaycanın ordu qurucuları haqqında üst-üstə cəmi 6 cümlə tapsan böyük şeydir. Gəl indi bu uşaqları qına görüm necə qınayırsan.

“Hərb nazirimiz kim olub? Tanımram. Heç bir generalımızı tanımırsan? Yox. Bu suallara məktəbli Səbuhi Əkbərov belə cavab verib.

Tarix müəllimi Ruhiyyə Hüseynovanın sözlərinə görə, dərslər çox vaxt xronoloji ardıcıllıqla getmir: “O qədər mürəkkəb dillə yazılır ki, uşaq bilmir hadisələrin xronologiyasına fikir versin, bilmir ki, terminlərə vaxt ayırsın və s”.

Orta məktəblərdə tədris olunan …read more

From:: ANS