Bakıda yeniyetmə oğlanı zorlamaq istəyən şəxsə cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetmə oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətlərində təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ANS PRESS-in lent.az-a istinad’n verdiyi məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə R. Rüstəmov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, olay bu ilin avqustunda Sabunçu rayonunda baş verib. Rayondakı ayaqqabı köşklərindən birində usta işləyən R.Rüstəmov yanına müştəri kimi gələn yeniyetmə oğlanı zorlamağa cəhd edib.

Hadisədən sonra oğlan bu barədə valideynələrinə bildirib. Onlar da polisə şikayət ediblər və R. Rüstəmov saxlanılıb.

Ramil Rüstəmova Cinayət Məcəlləsənin 150.1 (Zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. …read more

From:: ANS