İŞİD-in xərabə qiyməti

İraq rəsmiləri İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının ölkəyə vurduğu maddi zərəri hesablayıb.

ANS PRESS-in məlumatına görə, silahlı qruplaşmanın Diyala, Ninova, Səlahəddin və Ənbar vilayətlərində 65 körpü uçurduğu ortaya çıxıb. Həmçinin regionda infrastruktura ciddi zərər dəyib.

İraqın tikinti və infrastruktur naziri Tarik Haykani bildirib ki, silahlı qruplaşmanın vurduğu zərərin toplam qiyməti 7 milyard dollara bərabərdir.

“Söhbət 4 vilayətdə yaşanan dağıntıların aradan qaldırılması və buraların yenidən abadlaşdırılması üçün beynəlxalq dəstəyə ehtiyacımız var, çünki İraqın öz büdcəsinin imkanları buna çatmaz”,- deyə Haykani vurğulayıb. …read more

From:: ANS