Konsert sonrası qalmaqal yaşandı

Gürcüstanda Nino Metreveli adlı jurnalist şikayət etdikdən sonra məşhur Rusiya ifaçısı Qriqori Lepsin konsert təşkilatçılarına qarşı cinayət işi açılıb.

ANS PRESS-in məlumatına görə, Nino Metreveli iddia edib ki, razılaşdırılmamış suallar verdiyinə görə, mühafizəçilər və konsert təşkilatçıları onu bir saata yaxın qapalı otaqda saxlayıb və təhqir ediblər.

Belə ki, jurnalistin müğənni ilə qısa müsahibəsi zamanı ona 2 ümumi sual verib. Jurnalistin 3-cü sualı isə məşhur ifaçının Rusiyaya olan münasibəti haqqında olub.

Qeyd edək ki, əslən gürcü olan məşhur rus ifaçısı Qriqori Lepsin əsl soyadı Lepsveridzedir. Onun konsertindən qabaq onlarla gürcüstanlı konsert zalının qarşısında toplaşaraq ifaçının konsertinə etiraz ediblər. Bütün bunlara baxmayaraq, konsert baş tutub. …read more

From:: ANS