Azərbaycanda 196 binaya qaz verildi

Bu ilin yanvar-noyabr ayları ərzində 196 çoxmərtəbəli binaya təbii qaz verilib.

ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Görülmüş işlərin nəticəsi olaraq Birlik 2014-cü ilin yanvar-noyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 196 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 13863 ailə yaşayır. …read more

From:: ANS