Argentina prezidentinin qızı xəstəxanaya yerləşdirildi

Argentina prezidentinin qızı xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, Florensiya Kirşner Cənubi Amerika dövlətinin paytaxtındakı klinikada müalicə olunur.

Bu barədə bazar günü Argentinanın “Clarin” qəzeti yazıb. Prezident qızının səhhəti barədə rəsmi mənbələr açıqlama verməyib.

Nəşrin məlumatına görə, Florensiya Kirşnerin müalicə olunduğu klinikanın personalına mobil telefondan istifadə etmək qadağan edilib. Bununla belə, qəzet 23 yaşlı qızın “kiçik ginekoloji probleminin” olduğunu öyrənə bilib.

Prezident qızının təcili yardım briqadası ilə xəstəxanaya yerləşdirildiyi deyilir. Argentina prezidenti Kristina de Kirşnerin reaksiyası barədə xəbər verilmir. …read more

From:: ANS