İbrahimoviçin qəribə qol sevinci (VİDEO)

Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç yenə atdığı qolla gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, isveçli hücumçu bu dəfə vurduğu gözəl qollarla deyil, qol sevinci ilə diqqətə düşüb. “Nant” ilə “PSJ” arasında baş tutan matçın 34-cü dəqiqəsində topu qapıya göndərməyi bacaran İbra top tora daxil olmamış sevinməyə başlayıb.

Futbolçunun bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri futbolçunun sevinərkən qol vurduğunu, bəziləri isə onun bu dünyadan olmadığını bildirib.

Qeyd edək ki, PSJ matçdan 2-1 hesabı ilə qalib ayrılıb.

…read more

From:: ANS