Bakıda vahimə: 22 nəfər zəhərləndi

Ötən gün Bakıda dəm qazından 22 nəfər zəhərlənib. ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın müxtəlif yerlərində qeydə alınıb.

Hadisə nəticəsində dəm qazından zəhərlənənlərin 18 nəfərinin vəziyyəti daha ağır olub. Onlar xəstəxanalara yerləşdiriliblər. Zəhərlənənlərdən 4 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edək ki, havaların soyuq keçməsi səbəbindən dəm qazından zəhərlənmə faktarı artıb. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hər il qış mövsümünün gəlişilə bağlı qurum tərəfindən müxtəlif maarifləndirmə işləri aparılır. Əhaliyə “mavi yanacaq”dan istifadə ilə bağlı yaddaş kitabçaları paylanır. İctimai yerlərdə plakat şəklində maarifləndirici məlumatlar vurulur. Kütləvi informasiya vasitələrində maarifləndirici reklamlar yayimlanır. Bundan əlavə, nazirliyin əməkdaşları mənzillərdə yoxlamalar həyata keçirirlər.

Bundan başqa sobaların tüstü borularının bayıra çıxışı yoxlanılır. Suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olması yoxlanılır. Soba ilə qızdırıcı sistemlərdə texniki baxışdan keçirilir. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar olarsa, dərhal onun aradan qladırılması istiqamətində tədbirlər görülür. …read more

From:: ANS