Yəmən sahillərində gəmi batdı: 70 ölü

Yəmənin qərb sahillərində gəmi qəzası nəticəsində 70 nəfər ölüb.

ANS PRESS zəbər verir ki, bu barədə Reuters agentliyi Yəmənin rəsmi mənbələrinə istinadən məlumat yayıb. Batan gəminin göyərtəsində olanların əksəriyyətinin efiopiyalı miqrantlar olduğu bildirilir.

Gəminin batmasına qəza zonasında hava şəraitinin əlverişsiz olmasının səbəb olduğu ehtimal edilir.

Hər il on minlərlə miqrant Afrika buynuzu ilə Yəmən arasındakı Qırmızı dənizi keçməklə təhlükəli səyahət etməyə çalışarkən gəmi qəzalarında həlak olur. …read more

From:: ANS