Ziyalılarımızın dəfn olunduğu məzarlıq yerlə bir olub

Tarixən soydaşlarımızın da məskunlaşdığı Tiflis ərazisində insanların gorxana adlandırdığı bir neçə Azərbaycan qəbristanlıqları mövcud olub. Onlardan biri Narınqala yaxınlığındakı “Tatar qəbiristanlığı” adlandırılan məzarlıqdı ki, burada Tiflisdə yaşayan azərbaycanlılar, eləcə də görkəmli ziyalılarımız dəfn olunub.

“O dövrdə bizim soydaşlarımız, Azərbaycanın müxtəlif yerlərindən olan ziyalılar o zamanlar üçün Qafqazın şərti paytaxtı hesab edilən Tiflisə üz tuturdular, burada yaşayıb yaradırdılar. Və beləcə burada Azərbaycan ziyalıları cəmləşmişdi. 17-ci əsrdə həmin o qəbristanlığın yerində gürcü çarlarının sarayı yerləşib. Ağa Məhəmməd şah Qacarın hücumu zamanı həmin yer dağıdıldıqdan sonra saraydan əsər-əlamət qalmayıb və burada qəbristanlıq əmələ gəlib” – deyə tərcüməçi-yazar Mirzə Məmmədoğlu bildirib.

1947-ci ilədək var olan həmin qəbristanlıqda Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Eynəli bəy Sultanov, Məhəmmədhəsən Hacınski kimi onlarla azərbaycanlı ictimai-siyasi xadim dəfn olunub. Lakin ömrünün böyük hissəsini Tiflisdə yaşayıb fəaliyyət göstərən M.Ş.Vazeh və M.F.Axundzadənin məzarları bu qəbirlər arasında olmayıb. Səbəbi isə mənim üçün çox maraqlı oldu. Bu yerdən cəmi bir neçə 100 m məsafədə indi mövcud olmayan “Tatar qəbristanlığı” yerləşirmiş. O zamankı din xadimləri isə M.Ş.Vazehi dinsiz kimi qəbul etdiklərinə görə onun həmin qəbristanlıqda dəfn olunmasına icazə verməyiblər. Beləcə ədibin məzarı bu cür aralı düşüb.

Həmin tatar qəbiristanlığının yerində isə hazırda nəbatat bağı salınıb. M.Ş.Vazeh və onun etibarlı tələbələrindən olan M.F.Axundzadə isə öz vəsiyyətləriylə Tiflisin botanika bağının ərazisində “Yemlikli yerbatan” adlanan bu yerdə dəfn olunub. Axundzadənin gənc yaşlarında dünyasını dəyişən övladları və həyat yoldaşının da məzarlarıı burada yerləşir.

Yerbatanda həm də Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, Cümhuriyyətin ilk daxili işlər naziri olmuş F.Xoyskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin abidələrini görmək olur. 1920-ci ildə dünyalarını dəyişən bu iki ictimai-siyasi xadim Tatar qəbristanlığında torpağa tapşırılsalar da 1999-cu ildə onların burada şərti qəbirləri salınıb.

Tiflisdə ziyalılarımızn dəfn olunduqları qəbristanlıqlardan indi heç birini görmək mümkün deyil. Təkcə Yemlikli yerbatandan savayı. Məhz buna görə bəlkə də sevinməliyik ki, M.Ş.Vazehin nəşini Tatar qəbristanlığına …read more

From:: ANS