Dur gəl qazlana, qazlana… (VİDEO)

Balkanlara doğru tikilən və “Qazprom”a 5 mlrd. dollara başa gələn “Cənub axını” qaz kəməri donduruldu. Rusiya anoloji xətti Türkiyəyə doğru tikəcək. Qara dənizin təki ilə Avropanın cənubuna çıxmalı və bununla da Ukraynanın tranzit risklərini aşağı salmalı olan qaz kəməri yəqin ki, öz istiqamətini dəyişəcək. “Cənub axını”nın tikintisi 2012-ci ildə başlanmışdı və nəzərdə tutulurdu ki, Avropaya ilk qaz Ukraynadan yan keçməklə 2015-ci ilin sonunadək gedib çatsın. Layihə tam gücü ilə 2018-ci ildə işə düşməli idi. Hər şey ötən həftə Almaiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukaevin “Cənub axını” layihəsinin şübhəli perspektiviləri barədə verdyi bəyanatdan başlayıb. O zaman Rusiya tərəfinin fikrinə o qədər də ciddi yanaşmırdılar. Düşünürdülər ki, yəqin sözdü də deyir. Dekabrın əvvəlində isə Putin Bolqarısıtanın hərəkətsizliyi səbəbindən “Cənub axını” layihəsini dayandırdığını bəyan etdi və bir az da irəli gedərək yeni tərəfdaş tapmağın ondan ötrü o qədər də çətin olmadığına açıq işarə vurdu.

“Türkiyənin artmaqda olan tələbatlarını nəzərə alaraq nəyin ki, artıq haqqında danışdığımız “Mavi axını” genişləndirməyə hazırıq, eyni zamanda Türkiyə iqtisadiyyatının özünün artan tələbatları üçün daha bir boru kəməri sistemi inşa etməyə hazırıq. Eləcə də məqsədəuyğun hesab edilərsə, Türkiyə ərazisində – Yunanıstanla sərhəddə cənubi Avropadakı istehlakçılar üçün əlavə sistem də yaratmağa hazırıq. Bundan əlavə biz prezident Ərdoğanla razılığa gəldik ki, türkiyəli müttəfiqlərimizin xahişi ilə və neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərə alaraq gələn il yanvarın birindən türkiyəli istehlakçılarımız üçün mavi yanacağın qiymətini 6 faiz endirəcəyik. Və birgə böyük layihələrimizin icrasında asılı olaraq bu qiymətləri endirməyə davam edəcəyik”, deyə Putin bildirmişdi.

Beləliklə, Vladimir Putinin Türkiyəyə səfərini həm də Avropaya qarşı səfər kimi də qiymətləndirmək olar. 5 milyarda yaxın dollarlıq layihənin dayandırılması dondurulma, yoxsa ümumiyyətlə ləğv edilmədir. Bu sualın cavabını yaxın zamanlarda biləcəyik. Ona görə ki, Rusiyanın bu qərarı hələ ki, Avropada müzakirə olunur. Bir sıra dövlətlər, hətta Bolqarıstan belə Putinin çıxışını ciddiyə almır. Belə düşünənlər də var ki, bu sadcə “xox” gəldidir. Bəs, əgər “xox” …read more

From:: ANS