“Beşiktaş”ın baş məşqçisi ata oldu və azarkeşlərə jest etdi

Türkiyə super liqasının 4 böyüklərindən olan “Beşiktaş” klubunun xorvatiyalı baş məşqçisi Slaven Bilic 3-cü dəfə ata olub.

ANS PRESS-in xəbərinə görə, Bilic yeni doğulan körpəyə verdiyi adla “Beşiktaş” azarkeşlərinə də jest edib.

Məlumata görə, xorvatiyalı baş məşqçi qızının adını xorvatca qartal mənasını verən Orao qoyub.

Futbol həvəskarlarına məlum olduğu kimi, qartal “Beşiktaş” klubunun simvoludur.

Üçüncü dəfə ata olan Slaven Bilicin daha əvvəlki evliliyindən 14 və 17 yaşlarında iki övladı var. …read more

From:: ANS