Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqının üzvü seçildi (FOTO)

Azərbaycanın Xalq Şairi, hazırda İsraildə müalicə olunan Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasının qərarı ilə bu qurumun sıralarına qəbul edilib.

Modern.az-a verilən məlumata görə, İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü, professor Mixail Aqarunov və beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğluya baş çəkib, İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvlük biletini ona təntənəli şəraitdə təqdim ediblər. Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasının tamhüquqlu üzvü kimi çıxış edərək, ona göstərilmiş bu şərəfə görə israilli həmkarlarına təşəkkürünü bildirib.

“Bu gün mənim həyatımda çox əlamətdar və mühüm bir hadisə baş verib. Azərbaycan rəhbərliyinin səyi, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mən yenidən İsrail klinikasında müalicə olunur və bu xəstəliklə mübarizəni davam etdirirəm. Bu müddətdə İsrail mənim üçün ikinci Vətən olub. Burada həm israilli həmkarlarımla, həm də Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşəm. Onlar məni və Nüşabə xanımı bir dəqiqə də diqqətsiz qoymurlar. Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Mənim atam, şair Səməd Vurğun həmişə məhz Quba-Qusar zonasından Azərbaycan Ali Sovetinin deputatı seçilib. Bu gün Azərbaycan multikulturalizmi fenomeninin fəxri sayılan Qırmızı Qəsəbəyə atamla bərabər tez-tez gedirdim. İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü kimi bir fakta görə çox fəxr edirəm ki, Azərbaycan ədəbiyyatının və poeziyasının beynəlxalq aləmdə populyarlaşması sərhədləri genişlənir. Mənə göstərilən şərəfə və Azərbaycan ədəbiyyatının nailiyyətlərinə verilən yüksək qiymətə görə israilli dostlarıma təşəkkür edirəm”.

Professor Mixail Aqarunov qeyd edib ki, son ilyarımda bizim hamımız üçün çox doğma insana çevrilmiş, hərtərəfli istedad sahibi, Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğlunu öz sıralarına qəbul etmək İsrail Yazıçılar İttifaqları Federasiyası üçün böyük şərəfdir.

“Vaqif Səmədoğlu adı böyük hərflə yazılmağa layiq İNSAN, həqiqi və sədaqətli dostdur. Onunla hələ məktəbdə oxuduğumuz vaxtdan, tələbəlik illərindən dostluq edirik. Bir il bundan əvvəl Yerusəlimdə bakılı dostum və həmkarım, hazırda ABŞ-da yaşayan Aleksandr Qriçlə birlikdə Vaqifi necə qarşıladığımızı xatırlayıram. Bu, çox gözəl …read more

From:: ANS