“Beşiktaş” fırtına kimi əsdi

Türkiyə super liqasının 12-ci həftəsində “Beşiktaş” klubu Konya “Torku” arenada “Trabzonspor”la qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, “Beşiktaş” Türkiyənin 4 böyüklərindən sayılan “Trabzonspor”u 3:0 məğlub edib.

“Beşiktaş”ın ilk qolunu 5-ci dəqiqədə Vəli Kavlak, ikinci qolu 21-ci dəqiqədə Demba Ba, üçüncü qolu isə 84-cü dəqiqədə Cenk Tosun vurub.

Bu qalibiyyətlə “Beşiktaş”ın xalı 26-ya çatıb, “Trabzonspor” isə 18 xalda qalıb.

Qeyd edək ki, liqanın 13-cü həftəsində “Beşiktaş” “Qaziantepspor”la, “Trabzonspor” isə “Çaykur Rizespor”la qarşılaşacaq. …read more

From:: ANS