Şaxta babalar qaçış yarışında (VİDEO)

Yeni il və Milad bayramlarının yaxınlaşması bir çox dünya ölkələrində maraqlı tədbirlərin keçirilməsinə yadda qalır.

ANS TV-nin məlumatına görə, bu gün AvstraliyanIn ardınca Yunanıstanda da şaxta babaların qaçış yarışı keçirilib. Paytaxt Afinada yüzlərlə şaxta baba 2,5 kilometr məsafəni qət edib. Xeyriyyə məqsədilə keçirilən yarışdan əldə edilən bütün gəlirin Afinada uşaq oyun meydançalarının təkmilləşdirilməsinə yönəldiləcəyi bildirilib.

Bu, Afinanın ilk şaxta baba qaçışları olub. Şəhər rəhbərliyi bu tədbiri hər il keçirmək niyyətində olduğunu bildirib.

…read more

From:: ANS