Qərarını canlı yayımda verdi (VİDEO)

By İdrak Camalbəyli

ABŞ prezidenti Barak Obama müdafiə naziri Çak Heygeli istefaya göndərib.

ANS PRESS-in məlumatına görə, prezident bunu CNN kanalının canlı yayımında bəyan edib.

Qeyd edək ki, 2013-cü ildə nazir postuna təyin olunan Heygel yeni təyinata qədər vəzifəsində işləyəcək.

Amerikanın “New York Times” qəzetinin yaydığı məlumata görə, müdafiə naziri vəzifəsinə əsas iddiaçılar keçmiş nazir müavini Mişel Flurn, senator Cek Rid və müdafiə nazirinin keçmiş birinci müavin Eşton Karter sayılır.

…read more

From:: ANS