Klubun 60 kubokunu oğruladılar

“Formula 1″in ən böyük komandalarından olan “Red Bull Rasinq”in kubokları oğurlanıb.

ANS PRESS-in məlumatına görə, hadisə Londonun Milton Keynes qəsəbəsində baş verib.

6 oğru kubokların saxlandığı “Red Bull Rasinq”in fabrikinin qapısını ciplə qıraraq içəri giriblər. Yüksək səviyyəli təhlükəsizlik tədbirlərinə rəğmən içəri daxil olan oğrular 60 kubok aparıb.

“Red Bull Rasinq”in prezidenti Kristian Horner xəbəri təsdiq edib: “Kimin, niyə kubokları oğurladığını başa düşə bilmirəm. Bu kubokların bizim üçün böyük mənəvi dəyəri var. Aparılan bəzi kuboklar orjinal deyil, kopyalar olub”. …read more

From:: ANS