Donetskə gizli qoşun yeridilir

Donetskə hansı ölkəyə məxsus olduğu bilinməyən hərbi texnika yeridilir.

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in müşahidəçi missiyası bildirib. Xəbər qurumun saytında yerləşdirilən hesabatda qeyd olunur.

“”Donetsk Xalq respublikası”nın nəzarəti altında olan Şaxtyorska tərəf hansı ölkəyə məxsus olduğu bilinməyən 19 hərbi texnika irəliləyib. Lakin onlardan birinin üzərində “Novorossiya” yazılıb. Bunu ATƏT-in müşahidəçiləri görüblər”, deyə hesabatda bildirilir.

Eyni zamanda qeyd olunur ki, ATƏT müşahidəçiləri həmin texnika keçdikdən bir müddətdən sonra daha 71 hərbi texnikanın eyni istiqamətdə hərəkət etdiyini görüblər. Lakin onların da hansı ölkəyə məxsus olduğu bilinmir. …read more

From:: ANS