Nazarbayevin hədiyyəsi Fransanı qarışdırdı (FOTO)

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fransalı həmkarı Fransua Ollanda verdiyi hədiyyə Fransada etirazlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, Nazarbayevə Ollanda bağışladığı fotoda Fransa prezidenti gah gözəllik şahzadəsi, gah da Santa Klaus obrazında təsvir olunur.

Fransa mətbuatı sözügedən fotoya geniş yer verib. Belə ki, mətbuatda yayılan kollajlarda Olland bığ qoyulur, papağı dəyişdirilir, bir sözlə gülməli formalarda təsvir edilir.

Ollanda bağışlanan hədiyyə internetdə də geniş müzakirələrə səbəb olub. Qeyd olunur ki, fotoda Ollandın əynində olan kürk Qazaxıstanın birinci xanımına məxsusdur. Prezidentin digər geyimləri də gülüncdür.

Qeyd edək ki, Fransa prezidenti Fransua Ollanda bir neçə gün əvvəl Qazaxıstana səfər etmişdi.

…read more

From:: ANS