Sumqayıt qadınların xeyrinə “dəyirmi masa” (FOTO)

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının, Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun və BMT-nin İctimai İnformasiya Departamentinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərindəki “Reduco” təlim tədris mərkəzində “dəyirmi masa” keçirilib.

AzərTAc xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti, QHT nümayəndələrinin, təhsil işçilərinin və gənclərin qatıldıqları tədbirdə kampaniyanın məqsədi barədə məlumat verilib və ekspertlərin iştirakı ilə qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair müzakirələr aparılıb.

Tədbirin əsas məqsədi kampaniya çərçivəsində qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması və onunla mübarizə aparılması istiqamətində maarifləndirmə işlərinin aparılması və insanlar arasında məlumatlılığı artırmaqdır.

“Dəyirmi masa”da, həmcinin “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası tərəfindən həyata keçirilən “Sumqayıt ailələrə dəstək” layihəsi haqqında məlumat verilib.

Tədbir interaktiv müzakirələrlə davam etdirilib.

…read more

From:: ANS