M.Ə.Rəsulzadənin parlamentdəki çıxışları (FOTO)

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən önəmli hadisəsi olan bu seçkili və qanunverici orqanın yaradılması ilə Azərbaycanda demokratik idarəçiliyin əsası qoyulub. Bu parlamentin əsas aparıcı fraksiyasının lideri olan Məhəmməd Əmin
Rəsulzadənin çıxışları isə həmişə böyük marağa səbəb olub.

ANS PRESS tarix üzrə elmlər doktoru, “Məhəmməd Əmin Rəsulzadə” Mərkəzinin sədri Nəsiman Yaqublunun M.Ə.Rəsulzadənin çıxışlarından hazırladığı seçmələri təqdim edir:

17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci ilin dekabrın 7-də, son iclas isə 1920-ci ilin aprelin 27-də olub. Yetərsay olmadığından bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan ikisi tarixi – 28 May və 15 Sentyabr 1919-cu il – Azərbaycan İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümü müzakirəsi ilə keçirilib.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan 230-a qədəri təsdiq edilib. Parlamentdə 11 komissiya fəaliyyət göstərib. Xaricə göndəriləcək 100 nəfər azərbaycanlı gəncin seçilməsi üçün parlament üzvlərinin – Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla Əfəndiyevdən ibarət xüsusi komissiya yaradılıb.

Parlamentin fəaliyyəti dövründə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyasının fəallığı ilə (partiyasızlar fraksiyası ilə birgə) hazırlanan torpaq islahatı haqqında 29 maddədən ibarət qanun layihəsi ümumxalq müzakirəsi üçün 1920-ci il fevral ayının 21-də “Azərbaycan” qəzetində çap edilib.
M.Ə.Rəsulzadə Parlamentdə Müəssəslər Məclisini çağırmaq və Maliyyə-büdcə komissiyalarında təmsil olunub.
Parlamentdə çoxluğu təşkil edən “Müsavat” və bitərəflər fraksiyası idi ki, onların da ümumi sayı 39 nəfər idi. Bu fraksiyaya M.Ə.Rəsulzadə başçılıq edirdi. M.Ə.Rəsulzadə 130 iclası keçirilən Parlamentin 80-ə qədərində çıxış edib. O, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 20, 24, 25, 26, 29, 33, 34, 41, 42, 43, 45, 48, …read more

From:: ANS