Prezidentin mətbuat katibi Xədicə İsmayıldan danışdı

ndiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov ABŞ Dövlət Departamenti, “Human Rights Watch”, “Amnesty International” və digər təşkilatların Xədicə İsmayılova ilə bağlı qərəzli və heç bir reallığa söykənməyən bəyanatları ilə əlaqədar APA-ya müsahibə verib. ANS PRESS müsahibəni təqdim edir.

– ABŞ Dövlət Departamenti, “Human Rights Watch”, “Amnesty International” və digər təşkilatların Xədicə İsmayılova ilə bağlı bəyanatlarına münasibətiniz necədir?

– Adlarını sadaladığınız bu qeyri-hökumət təşkilatlarının və eləcə də ABŞ Dövlət Departamenti nümayəndəsinin söylədikləri əvvəla heç bir reallığı əks etdirmir, ikincisi də hər hansı bir beynəlxalq qurum tərəfindən ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verilməyib. Onu da deyək ki, sadaladığınız qeyri-hökumət təşkilatlarının ofislərinin böyük bir qismi ABŞ-da yerləşir və ümumiyyətlə, onlar faktiki olaraq Dövlət Departamentinin qurumları kimi fəaliyyət göstərirlər.

Qeyd etmək istərdim ki, ABŞ Dövlət Departamenti və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda gedən proseslərlə bağlı davamlı olaraq yayılan qərəzli, ikili standartlara əsaslanan, qeyri-obyektiv informasiyalar, o cümlədən Xədicə İsmayılova ilə bağlı son reaksiyalar müəyyən dairələr tərəfindən ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsi, demokratik inkişaf istiqamətində böyük uğurlar əldə etməsi, fundamental azadlıqların təmin edilməsi istiqamətində ardıcıl siyasət aparması, onun beynəlxalq nüfuzunun artması və digər amillər ölkəmizi gözü götürməyən qüvvələri ciddi narahat edir. Fikir versək görərik ki, Azərbaycanda hətta kiçik bir insidentlə bağlı o dəqiqə münasibət bildirən ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqlarının açıq aydın, kobud şəkildə pozulması hallarına isə faktiki olaraq heç bir reaksiya vermir.

Götürək elə təcavüzkar Ermənistanı. Bu ölkədə insan haqları və azadlıqlarının kobud şəkildə pozulması adi hala çevrilib. 2008-ci il prezident seçkiləri zamanı müxalifət nümayəndələri dinc etiraz nümayişinə çıxarkən polis tərəfindən 10 nəfər öldürülmüş, 200 nəfər insan isə …read more

From:: ANS