ABŞ girovu öldürülüb

Girovluqdan azad edilmə cəhdi vaxtı güllə xəsarəti almış amerikalı jurnalist Lyuk Somers ölüb və onunla birlikdə saxlanılan Cənubi Afrika vətəndaşı Pyer Korki ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ hakimiyyəti xəbər yayıb.

Jurnalisti azad etmək əməliyyatı barədə qərar Somersin öldürüləcəyinin məlum olduğu ardınca qəbul edilib, ABŞ Müdafiə Nazirliyi bildirib.

Bəzi xəbər mənbələrində Pyer Korkinin bazar günü azad olunmalı olduğu yazılıb. Prezident Barak Obama jurnalistin qətlə yetirilməsini pisləyərək, Somersin ailə üzvlərinə baş sağlığı verib.

Daha əvvəl əl-Qaidə adından internetə yerləşdirilmiş videodada girovluqda olan jurnalist ölümlə hədələndiyini deyib. Britaniyada anadan olmuş Lyuk Somers 2013-cü ildə Yəmən paytaxtı Sanada oğurlanıb.

Ötən həftə ABŞ hərbçilərinin Yəməndə həyata keçirdiyi əməliyyat nəticəsində 8 adam azad olunub. Lakin onların arasında Somers yox idi. Güman edilir ki, silahlıar əməliyyatdan əvvəl jurnalisti başqa bir yerə keçiriblər. …read more

From:: ANS