“Qalatasaray” və “Fənərbaxça”dan qələbə (VİDEO)

Türkiyə superliqasında 12-ci turun oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun gününə 4 qarşılaşma baş tutub.

Turun açılış matçında “Konyaspor”ın qonağı olan “Mersin” 2:0 hesabı ilə məğlub olub.

“Fənərbaxça” səfərdə “Balıkesirspor”un qonağı olub. Raul Meyreleşin matçın 40-cı dəqiqəsində vurduğu qol “Fənərbaxça”ya minimal hesablı qələbə ilə İstanbul nəhəngi səfərdən 3 xalla dönməyi bacarıb – 0:1.

“Qalatasaray” isə öz meydanında “Akhisar”la qarşılaşıb. Burak Yılmazın vurduğu dublu (14, 75) “Cim-Bom”a 3 xal qazandıraraq müvəqqəti də olsa, zirvəyə yüksəldib – 2:1.

Qeyd edək ki, superliqada 12-ci tura dekabrın 8-ə keçiriləcək “Sivasspor” – “Kayseri Ərciyesspor” matçı ilə başa çatacaq.

6 dekabr, Türkiyə superliqası, 12-ci tur:

“Konyaspor” – “Mersin” – 2:0
Qollar: S.Ay, 66 (1:0), H.Kabze, 70 (2:0)

“Gənclərbirliyi” – “Qaziantepspor” – 2:0
Qollar: Arokoyo, 68-avtoqol (1:0), İ.Kahveci, 70 (2:0)

“Balıkesirspor” – “Fənərbaxça” – 0:1
Qol: Meyreleş, 40 (0:1)

“Qalatasaray” – “Akhisar” – 2:1
Qollar: B.Yılmaz, 14, 75 (2:0), Gekas, 87 (2:1)

…read more

From:: ANS