Məhkəmədə atışma: ölənlər var

İtalyanın Milan şəhərində bir kişi məhkəmə zalında atəş açıb.

ANS PRESS-in məlumatına görə, silahlı insident nəticəsində bir nəfər məhkəmə zalında həlak olub, dörd nəfər isə yaralanıb.

Polisin məlumatına görə, atəşi açmış kişi məhkəmədə müflislik haqqında iş üzrə çıxış edirdi. Prokuror isə öz növbəsində bildirib ki, silahlı insident zamanı iki nəfər öldürülüb. Bir nəfər yaralının isə vəziyyəti ağırdır.

Ancaq sonradan polis mətbuata açıqlamasında məhkəmə zalında atəş açılması nəticəsində 3 nəfərin öldüyünü söyləyib. …read more

From:: ANS