Daha iki “Xəzər Lənkəran” azarkeşi həbsdən azad edildi

2013-cü ilin avqust ayında Lənkəran stadionunda baş verən hadisələrə görə həbs olunan və bir neçə ay sonra xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilən “Xəzər Lənkəran” azarkeşləri ilə bağlı yeni xəbər var.

ANS PRESS-in məlumatına görə, “Xəzər Lənkəran” klubu rəhbərliyinin müdaxiləsi sonrası həbsdə olan Rəfail Əkbərov və Aqşin Əkbərov azad ediliblər.

Hər iki azarkeş şərti qaydada azadlığa çıxıblar. Hazırda zindanda qalan yeganə azarkeş Elman Tağıyev də ayın sonuna qədər azad olunacaq.

Xatırladaq ki, bunacan Elçin Abdullayev dövlət başçısı tərəfindən əfv olunmuşdu. …read more

From:: ANS