ABŞ-da atəş səsləri (FOTO, VİDEO)

Polisin qaradərili gənci öldürməsi ilə əlaqədar məhkəmənin verdiyi qərara qarşı etirazlar dalğası Amerika şəhərlərinə yayılıb.

ANS PRESS-in məlumatına görə, etirazçılar Nyu-Yorkda 3 körpünü bağlayıblar. Bundan əlavə Çikaqo, Sietl və Los-Ancelesdə yürüşlər baş verib. Onlar sabah üçün də etiraz edəcəklərini bildirirlər.

Ferqyusonun özündə isə polislə toqquşma davam edir. Şahidlərin dediyinə görə şəhəri tez-tez avtomat səsləri eşidilir.

Sent-Luis polisinin məlumatına görə 61 nəfər həbs edilib.

Daha əvvəl xəbər verilmişdi ki, yaşanan iğtişaşlarla bağlı şəhərə ordu yeridilib. Amerika ştatı Missurinin qubernatoru Cey Nikson milli qvardiyanın hərəkətə gətirilməsi barədə tapşırıq verib.

Etiraz iştrakçıları ən azı 12 binanı yandırıb.

Qeyd edək ki, Ferqyuson məhkəməsinin afroamerikalı Braunu öldürən polis əməkdaşı Darren Uilsona qarşı qaldırılan iddiaların əsassız olması ilə bağlı verilən qərara qarşı bütün şəhər küçələrə tökülüb.

ABŞ prezidenti Barak Obama məhkəmə qərarı ilə əlaqədar qaradərili vətəndaşları zorakılıq törətməkdən çəkinməyə çağırıb. Missuri ştatının meri Cey Nikson isə 30 günlük fövqəladə vəziyyət elan edib.

Hazırda Ferqyuson şəhəri üzərində uçuş qadağası tətbiq olunub. Şəhər aeroportu isə bağlanıb.

…read more

From:: ANS