Davudoğlu: İstefa verəcəm

Türkiyənin baş nazir Əhməd Davudoğlu jurnalistlərin suallarını cavablandırıb.

ANS PRESS-in məlumatına görə, baş nazir seçkilərdəki hədəfindən danışaraq bildirib ki, hədəfləri iqtidar olmaqdır.

“Mən seçki nəticələri haqqında mülahizələrimi demirəm. Kılıçdaroğlu kimi 35% səs toplamaq barədə heç nə bilmərəm. Hədəfimiz iqtidar olmaqdır və olacağıq da”, – deyə Davudoğlu bildirib.

Türkiyənin baş nazirinin çıxışı zamanı başqa bir maraqlı məqam isə onun istefası haqqında olub. O qeyd edib ki, əgər seçkilərdə partiya olaraq üstünlük qazana bilməsələr, iqtidar olmasalar istefa verəcək. …read more

From:: ANS