Ölüm saçan nur dirəkləri (FOTO)

Azərbaycanın bir rayonunda elektrik dirəkləri ölüm saşır. Oxucularımız ANS PRESS-ə göndərdikləri şikayət məktubunda Xaçmaz rayonu Aşağı Zeyid kəndindəki vəziyyətdən narahat olduqlarını bildiriblər.

Məlumata görə, elektrik dirəklərinin vəziyyəti acınacaqlıdır. Belə ki, dirəklər köhnə olduğu üçün çoxu əyilib və ya qırılıb. Onları dəstək verərək qaldırmaq cəhdləri isə elə də uğurlu nəticələnməyib.

Bu dirəklərdən isə yaşayış evlərinin üstü ilə yüksəkgərginlikli xətlər keçir. Küləkli, yağışlı havalarda vəziyyət daha da gərginləşir.

ANS PRESS ölüm təhlükəsi ilə üzbəüz qalan kənddən fotoları təqdim edir.

…read more

From:: ANS