“Korrupsiya kralı” həbs edilib

Çində 2003-2007-ci illərdə ictimai təhlükəsizlik naziri işləyən Cjou Yunkan kommunist partiyasının sıralarından çıxarılaraq nəzarət altına alınıb.

ANS PRESS-in məlumatına görə, Cjou Yunkan rüşvət almaq və korrupsiya ilə məşğul olmaqla yanaşı bir çox mühüm partiya və dövlət sirlərini açmaqda ittiham olunur.

Bundan başqa, 71 yaşlı sabiq nazirin Çin lideri Si Tszinpinə sui-qəsd hazırlamaqda şübhəli bilindiyi də yayılan xəbərlər arasındadır.

Çinin ictimai təhlükəsizlik naziri işləmiş Cjou Yunkanın ölkədəki banklarda 6 milyard dollar, xarici banklarda 8,3 milyard dollar pulu, 300-ə yaxın villası və binaları, 60-dan çox avtomobili, tonlarla zinət əşyaları və b. tapılıb. O, bütün bu sərvətinə görə “korrupsiya kralı” adını alıb. …read more

From:: ANS