Ərdoğan: “Təməli sağlam olmayıb” (VİDEO)

“Parlament idarəetmə sisteminin təməli sağlam olmayıb”. ANS TV-nin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində idarəetmə üsuluna keçməsinə dair açıqlamasında bildirib. O, “G20”-nin inkişaf etmiş əksər ölkələrinin prezident üsulu ilə idarə olunduğunu deyib.

Ərdoğan söyləyib ki, prezident idaretmə sisteminə qarşı çıxanlar başa düşməlidir ki, yeni Türkiyə bu təməllər üzərində yüksələ bilər. ƏrdoğanTürkiyənin 70 il ərzində qurduğu parlament sisteminin dağıdılması ilə bağlı söylənilən fikirlərə də münasibət açıqlayıb.

Prezident həmçinin bildirib kİ, prezident üsul idarəsinə qarşı çıxanlar millətlə, milli iradə ilə üzü-üzə gəlməkdən qorxurlar. Türkiyə prezidenti dövlət içində dövlət qurmaq istəyənlərə də mesaj çatdırıb. “İllərdir gizli iqtidarlıq edənlər bununla öz statuslarını itirəcəklər”.

…read more

From:: ANS