Permyakov sağlam çıxdı

Gümrüdə yeddi nəfərlik bir ailəni qətlə yetirməkdə ittiham olunan rus əsgəri Valeri Permyakovun ruhi xəstə olması ilə bağlı aparılan tibbi ekspertizanın nəticələri açıqlanıb.

ANS PRESS-in məlumatına görə, ekspertiza zamanı onun heç bir xəstəliyinin olmaması, normal düşüncəyə sahib, ağlı başında, anlaqlı vəziyyətdə olduğu üzə çıxıb.

Bildirilib ki, istintaq zamanı həyata keçirilən psixiatrik müayinənin nəticəsi göstərir ki, o, cinayəti törədən zaman etdiyi hərəkətlərdən tam xəbərdar olub. V.Permyakovla bağlı ekspertiza Gümrüdəki Rusiya hərbi bazasının ərazisində aparılıb. Mütəxəssislər onda qeyri-adi hal aşkarlamayıblar.

Vurğulanır ki, əgər rus əsgərində əqli çatışmazlıq aşkar olunsaydı, o, qanuni məhkəmə tərəfindən cinayət məsuliyyətindən azad olardı və psixiatrik müalicə üçün məcburi göndərilə bilərdi.

Xatırladaq ki, bu il yanvarın 12-də Gümrüdə iki uşaq olmaqla Avetisyan ailəsinin yeddi üzvünü qətlə yetirən rus hərbi qulluqçu Valeri Permyakov həbs olunduqdan sonra ölkədə yaranan narazılığı yatırtmaq üçün Ermənistan hakimiyyəti onun ruhi xəstə olduğunu bildirmişdilər. …read more

From:: ANS