Bakı-2015-lə bağlı mühüm qərar (FOTO)

Bu gün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Avropa Oyunlarına hazırlıqla bağlı iclas keçirilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının ANS PRESS-ə veridiyi məlumata görə, tədbirdə nəqliyyat nazirinin müavini Musa Pənahov və Bakı-2015 Avropa Oyunlarının Əməliyyat komitəsinin müdiri Panayotis Protopsaltis Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində NİİM-in baş direktoru Elnur Abdullayev iştirak edib.

Görüşdə həmçinin Nəqliyyat Nazirliyinin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin müdiri İsmayıl Kərimov, nazirliyin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin sektor müdiri Ramin Bayramov, Dövlət Yol Polisinin nümayəndəsi Talıb Qasımov, Bakı Metropoliteninin nümayəndəsi Etibar İsayev, “Azəryolservis” ASC-nın nümayəndəsi Hidayət Rüstəmov, “Baku Bus” şirkətinin nümayəndəsi, Avropa Oyunlarının Əməliyyat Komitəsinin Dövlət qurumları ilə əlaqə idarəsinin rəisi və digər şəxslər iştirak ediblər.

İclasda Bakı-2015 Avropa Oyunları çərçivəsində Avropa Oyunlarının İdarəedilməsi Strukturu, Əməliyyat Mərhələləri, Nəqliyyat Koordinasiya Mərkəzinin Gündəlik Fəaliyyəti, hazırlıq prosesinin son mərhələləri ilə bağlı məsələlər müzakirə olunub.

Nəqliyyat Nazirinin müavini Musa Pənahov ölkəmizdə keçiriləcək Bakı-2015 Avropa Oyunları haqqında danışıb.

Qeyd edək ki, Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi seçilib. NİİM-də artıq oyunların keçirilməsi zamanı nəqliyyat məsələlərini tənzimləyəcək tədbirlər planı hazırlanıb.

…read more

From:: ANS