İbra yenə şou göstərdi (VİDEO)

Fransa kubokunda finalçılar müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, yarımfinal mərhələsində PSJ öz meydanında “Sent-Etyen”I qəbul edib.
Qarşılaşma “Parc des Princes” staionunda baş tutub. Matçın 21-ci dəqiqəsində penaltidən komandasına ilk qolu yazdıran Zlatan İbrahimoviç PSJ forması ilə 100-cü qolunu da vurmuş olub. Çox keçmədən qonaqlar hesabı bərabərləşdirib və birinci hissə 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissədə paytaxt klubu daha yaxşı oyun nümayiş etdirib. İbra bu hissədə 2 qol da vurararaq, oyunda het-trikə imza atıb. Komandanın digər qolunu isə Lavezzi vurub. Beləliklə, rəqibinə 4:1 hesabı ilə qalib gələn PSJ finalda oynamaq hüququ əldə edib.

Qeyd edək ki, PSJ bu qalibiyyətdən sonra finalda “Oser”in rəqibi olub.

8 aprel
Fransa kuboku, yarımfinal mərhələsi
PSJ – “Sent-Etyen” – 4:1
Qollar: İbrahimoviç, 21-pen (1:0), Hamouma, 25 (1:1), Lavezzi, 60 (2:1), İbrahimoviç, 81, 90+2 (4:1)
…read more

From:: ANS