47 milyardlıq sövdələşmə

“Royal Dutch Shell” neft şirkəti bildirib ki, Britaniyanın neft-qaz şirkəti “BG” qrupunu 47 milyard funt sterlinqə almaq qərarı qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu mega-birləşmə ümumi kapitalı 296 milyard dollar olan yeni şrkətin yaranması ilə nəticələnəcək.

Təhlilçilər bildirirlər ki, bu birləşmənin əsas səbəblərindən biri də neft qiymətlərinin düşməsidir.

Bundan əvvəl “BG” qrupu bildirmişdi ki, neft qiymətlərinin düşməsi ilə əlaqədar 9 milyard dollarlıq kapitalını satışa çıxarmağa hazırlaşır. …read more

From:: ANS