Masazırda maşın qaz xəttinə çırpıldı

Abşeron rayonunda minik avtomobili qəzası baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Masazır qəsəbəsində vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobili idarəetməni itirərək qaz xəttinə dəyərək qəza törədib.

Qəza nəticədə qaz borusunda alışma baş verib və avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı mağaza yanğından mühahizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS