Kamran Ağayevdən ürəkağrıdan etiraf: “Oturub ölümünü gözləmişəm” (VİDEO)

Azərbaycanlı milli futbol komandasının qapıçısı məşhur verilişdə etdiyi etiraflar təsirli olub.

ANS PRESS-in məlumatına görə, “Məchulu tapın” verilişinin qonağı olan millimizin və hazırda “Kayserispor”un şərəfini qoruyan Kamran Ağayev formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib.

Onların əksəriyyətinin futbolçu barəsində söylədiyi fikirlər doğru çıxıb. Xüsusən, ekstrasens Həsən Həsrətlinin onun haqqında danışarkən anasını itirdiyini deməsi, qapıçını bir az kövrəldib.

“Bu elə bir hissdir ki, danışdıqca adam dolur. Bunu yaşayan bir insan bilir ki, nədir. Valideyn itkisi əlbəttə fərq eləmir, amma insan anadan yetim qalır. Ana da həyatda ən böyük varlığım idi. Mən həyatımda belə zərbə almamışdım. Əslində mən, çox mübarizə aparan bir insanam. Sonuna qədər gedirəm, bilsəm ki, alınmayacaq, yenə də gedirəm. Amma bu elə bir xəstəlikdir ki, çox vəhşi bir şəkildə itirmişəm anamı. Elə bir hal olub ki, oturub ölümün gözləmişəm ki, öləcək anam” – deyə K.Ağayev ekstrasensin fikrini təsdiqləyib.

Bundan başqa, məşhur futbolçu hamını anasının qədrini bilməyə çağırıb.

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, ekstrasens, parapsixoloq və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.

…read more

From:: ANS