Sovet İttifaqının sonuncu Milli Qəhrəmanı Qarabağda belə öldü (FOTO)

Ukraynanın Poltova vilayətində Azərbaycanın Qubadlı rayonunda azərbaycanlıları ermənilərdən xilas edərkən həlak olmuş Sovet İttifaqının sonuncu milli qəhrəmanı Oleq Babakın anım mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, anım tədbirində Ukraynanın yüksək çinli dövlət məmurları da iştirak edib, şəhidin məzarı üzərinə gül dəstələri düzüblər. Mərasim iştirakçıları Oleq Babakın adını daşıyan məktəbdə onun adına açılmış muzeyi də ziyarət ediblər. Daha sonra şəhidin adına ehsan süfrəsi də verilib.

Xatırladaq ki, 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində Qubadlıya göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub.

Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Oleq Babakın həyatını xilas etdiyi Qubadlı sakinləri onu “Babək” adlandırırlar.

…read more

From:: ANS