Ronaldodan türk dostuna sürpriz hədiyyə (FOTO)

“Real”ın forvardı Kriştiano Ronaldo Portuqaliya millisinin Serbiya ilə oynadığı görüşdə geydiyi formanı türkiyəli dostu – menecer Hakan Korkmaza hədiyyə edib.

Sportal.az xəbər verir ki. ulduz futbolçu bir zamanlar “Beştiktaş”da çıxış edən Uqo Almeydanın vasitəsi ilə Hakana sürpriz edib.

Almeydadan formasını alan Korkmaz Ronaldonun fotosuna bənzər şəkil çəkdirərək ona təşəkkürünü bildirib.

Qeyd edək ki, Kristiano Ronaldo bir neçə dəfə azərkeşə öz formasını hədiyyə verib. Bu cəhətdən portuqaliyalı futbolçu daim diqqət mərkəzinə düşməyi bacarır.

…read more

From:: ANS