Aksiyaları sabiq baş nazir və deputatlar maliyyələşdirir

Ukrayna Təhlükəsizlik Xidmətinin müşaviri Markiyan Lubkivski Viktor Yanukoviç hakimiyyətinin üzvlərini ölkədə sabitliyi pozmaqda ittiham edib.

ANS PRESS-in məlumatına görə, Markiyan Lubkivski keçirdiyi mətbuat konfransında sabiq baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleyniki kütləvi aksiyaları maliyyələşdirməkdə günahlandırıb:

“Ukraynada sabitliyi pozmağa yönələn aksiyalar üçün maliyyə dəstəyi birbaşa olaraq sabiq Baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleynik tərəfindən göstərilir”.

Onun sözlərinə görə, istər Ukrayna paytaxtı, istərsə də digər şəhərlərdə sabitliyi pozmaq üçün təşkil olunan bütün aksiyalara görə maliyyə vəsaiti qabaqcadan ödənilib: “Və bu gün bildiririk ki, bu aksiyaların maliyyə vəsaiti birbaşa olaraq sabiq baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleynik tərəfindən ayrılır”.

Hazırda bu şəxslərə qarşı bir neçə maddə üzrə cinayət işi açılsa da, onların Moskvada siyasi sığınacaqda olması Ukrayna prokurorluğu üçün əngəl törədib.

Xatırladaq ki, bundan əvvəl Donbass separatçılarının liderlərindən olan Aleksandr Xadarkovski Rusiya “Forbes”inə müsahibəsində bildirmişdi ki, onun fəaliyyətini ukraynalı milyarder Rinat Axmetov maliyyələşdirir. …read more

From:: ANS