Azərbaycanda uzunömürlülər “cavanlaşır”

Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı azalır, uzunömürlülər arasında “cavanlaşma” prosesi gedir.

ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımov deyib.

Alim bildirib ki, Azərbaycanda uzunömürlülərin ən çox yaşadığı bölgə olan cənub zonasında da 2014-cü il ərzində aparılan son araşdırmalar uzunömürlülərin sayının azaldığını təsdiqləyib. Yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) apardıldıqdan sonra burada 100 yaşlı yalnız bir uzunömürlünün yaşadığı müəyyənləşib.

C.Qasımov deyib ki, ölkədə yaşı 100-dən çox olan insanların sayı azalsa da, 90-94 yaşlı insanların sayı artıb: “1999-cu illə müqayisədə 2009-cu ildə aparılan sıyahıyaalınmanın nəticələrinə görə, 90-94 yaşlı insanların sayı həqiqətən də azalmışdı. Ancaq son illərdə 90-94 yaşlı insanların sayı artıb. Buna görə uzunömürlülər arasında “cavanlaşma” prosesi gedir”.

Son on illiklərdə Azərbaycanda uzunömürlülərin sayının azaldığını deyən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov Trend-ə bildirib ki, Azərbaycanda həmişə uzunömürlülər olub: “Ölkədə hətta 168 il yaşamış insan da olub. Lerik rayon sakini olmuş həmin şəxs – Şirəli Müslümov 1980-ci illərdə dünyasını dəyişib”.

Z.Eminov deyıb ki, lakin 1999-cu ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, yaşı 90-dan çox olan insanların sayı azalıb. Azərbaycanda 90-94 yaşlı insanların sayı 7125 nəfər (onun 5442-si qadındır), yaşı 100-dən çox olan insanların sayı 1664 (1141-i qadın, 223-ü kişi) nəfər olub. Uzunömürlü sakinlərin çoxu – 1354-ü kənddə, 310-u şəhərdə yaşayıb.

Əhalinin 2009-cu ildə aparılan siyahıyaalınmasının nəticələrinə görə, ölkədə 90-94 yaşlı insanların sayı azalaraq, 4363-ə enib (onun 3417-si qadındır). Ölkədə yaşı 100-dən çox olan insanların sayı 1143-ə qədər (Onların 1043-ü qadın olub) azalıb.

Qeyd edək ki, Azərbaycanın hər il açıqlanan demoqrafik göstəricilərində uzunömürlü, yəni yaşı 90-dan yüksək olan insanların sayı ayrıca qeyd edilmir. Burada yalnız yaşı 70 və yuxarı olan insanların sayı ümumi şəkildə açıqlanır. Son açıqlanan statistik göstəricilərə görə, Azərbaycanda 85 və yuxarı yaşda olanlar arasında ölüm halları 1990-cı illə …read more

From:: ANS