Baş nazir ata oldu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili üçüncü dəfə ata olub.

ANS PRESS-in məlumatına görə, bu barədə “Gürcü arzusu” koalisiyasının mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, onun üçüncü oğulu aprelin 7-də Gürcüstan vaxtı ilə saat 23:30-da doğulub. Hazırda ana və uşaq özünü yaxşı hiss edirlər.

Valideynlər övladlarına Qabriyel adının qoyulmasına qərar veriblər.

Xatırladaq ki, İrakli Qaribaşvili və Nunuki Tamazaşvili cütlüyünün Nikoloz və Andriya adlı daha iki oğlu var. …read more

From:: ANS