Nazir xahiş etdi (VİDEO)

I-ci Avropa Oyunları ərəfəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yerli informasiya agentlikləri və qəzetlərin baş redaktorları ilə görüşüb. ANS TV-nin məlumatına görə, Xalça muzeyində baş tutan görüşdə Avropa Oyunları qabağı ölkəmizin daha yaxşı tanıdılması və müsbət imicinin işıqlandırılması ilə bağlı prioritet tövsiyyələr müzakirə olunub.

Bu mötəbər idman tədbirinin keçirilməsində nazirliyin vəzifələri və hazırlıq səviyyəsinin daha da yüksəldilməsi üçün media nümayəndələrinin təklifləri dinlənilib.

Ə.Qarayev bildirib ki, jurnalistlərin yazdığı şərhlərdə kimisə tənqid etmək, dövləti tənqid etmək, məmuru tənqid etmək, sistemi tənqid etmək, bəzən ümumi milli prinsipləri və məqsədləri üstələməyə başlayır. O jurnalistlərdən xahiş edib ki, həssas məsələlərdə yazılarında, öz şərhlərində milli maraqların müdafiə olunmasına xüsusi əhəmiyyət versinlər.

…read more

From:: ANS