Qarabağda savaş başlayır? (VİDEO)

Rusiya Dağlıq Qarabağ münaqişəsinin “qaynar mərhələyə” keçməsi imkanını fikrindən belə keçirmir.

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada səfərdə olan ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra birgə mətbuat konfrasında deyib. “Mən əminəm ki, ritorikaya baxmayaraq, maraqlı tərəflərdən heç biri bunu istəmir. Bizim Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bütün fəaliyyətlərimiz tezliklə qarşılıqlı qəbul edilən həll yolunun tapılmasına yönəlib”, – deyə Sergey Lavrov bildirib.

“Rossiya 24” telekanalının məlumatına görə, Nalbandyanın Moskvaya səfəri Putinin İrəvana səfərinə hazırlıqla bağlı danışıqlar aparmaq məqsədi daşıyır. Edvard Nalbandyan bildirib ki, İrəvan Rusiya prezidenti Vladimir Putinin səfərinə hazırlaşır.

“Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin ermənilərin soyqırımının 100-cü ildönümü münasibətilə tədbirlərdə iştirak etmək üçün İrəvana gələcək. İrəvanda hesab edirlər ki, Ermənistan və Rusiya dövlət başçıları may ayında Moskvada da görüşməlidirlər.”

İki nazir arasında Ermənistanın “Metsamor” atom-elektrik stansiyası ilə bağlı müzakirələr də aparılıb. Serqey Lavrov bildirib ki, Rusiya həmin AES-in enerji blokunun istismar müddətinin uzadılması üçün Ermənistana maliyyə yardımı edəcək.

…read more

From:: ANS