Kriminal avtoritet özünü asdı

Daha çox “Kostya Tatarin” ləqəbi ilə tanınan kriminal avtoritet Konstantin Dubinnikov intihar edib.

ANS PRESS-in məlumatına görə, o, bu gün səhər saat 06.00-da saxlanıldığı Çita İstintaq Təcridxanasında özünü asıb. Hüquq-mühafizə orqanları intihar faktını təsdiqləyib.

46 yaşlı Dubinnikov 2009-cu ilin dekabrında istintaq təcridxanasında saxlanılırdı. Ona qarşı bir çox cinayət işləri açılmışdı. “Kostya Tatarin” ağır bədən xəsarətləri yetirmə, adam döymələr, dələduzluq, xüsusi iri məbləğli fırıldaqçılıq, quldurluq və banditlik və nəhayət qətlllərdə günahlandırılır.

İstintaqın versiyasına görə, Kostya Tatarinin hesabında 12 ölüm işi və 30 qulduq basqını var. O, bütün cinayətləri Rusiya ərazisində törədib. …read more

From:: ANS