Neftin qiyməti dirçəlir

Neftin qiyməti 60 dollara yaxınlaşır.

İranla “altılıq” ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində dəyişiklik müşahidə olunsa da, bu, çox çəkməyib.

ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1.34 dollar artaraq 53,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 3.44 dollar bahalaşaraq 58,39 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 51,73 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 54,95 dollar idi. …read more

From:: ANS