Vaşinqtonda elektrikin kəsilməsi terrordur?

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi paytaxt Vaşinqton və ətraf bölgələrdə elektrik enerjisinin kəsilməsinin terror fəaliyyəti ilə əlaqədar olmasına dair heç bir işarənin olmadığını bildirib.

ANS PRESS-in məlumatına görə, elelktrik enerjisinin kəsilməsi nəticəsində Dövlət Departamenti, Ağ Ev, Ədliyyə Departamenti, Kapitoli binası kompleksi və Merilend Universiteti daxil olmaqla bir sıra federal idarələr işıqsız qalıb.

İşığın kəsilməsinə ABŞ paytaxtı Vaşinqton yaxınlığında yerləşən su elektrik stansiyasında transmissiya cihazlarının sıradan çıxmasının səbəb olduğu bildirilir. Elektrik enerjisi yerli vaxtla günorta saat 12:45-də kəsilib. Bunun nəticəsində bir sıra idarələrə elektrik enerjisinin verilməsi dayanıb. Bir sıra idarələrdə generator vasitəsilə elektrikin verilməsi davam etsə də, muzeylər və biznes şirkətlərinin böyük hissəsi bağlanıb.

Vaşinqton şəhər polis idarəsi hadisə ilə bağlı təhqiqatın aparıldığını bildirib. …read more

From:: ANS