Dünyanın ən yaşlı insanı öldü

Türkiyənin Kocaəli vilayətində dünyanın ən yaşlı insanı Döndü Uzar adlı qadın 121 yaşında dünyasının dəyişib. Həkimlərin sözlərinə görə, qadının ölümünə səbəb ürək ritmlərinin pozulması olub.

ANS PRESS-in məlumatına görə, yaşlı qadını keçən həftə yaxınları tərəfindən Fərabi Dövlət Xəstəxanasında tərk edilmiş, xəstəxana rəsmiləri ona sahib çıxmışdılar.

Mərhum 1894-cü ildə Trabzon vilayətində dünyaya gəlib. Uzar ölümünə qədər heç vaxt xəstəlikdən şikayət etməyib və həmişə səhhətinə diqqət edib.

Uzarın 4 övladı, 90 nəvə-nəticəsi var.

İndiyə qədər ömür müddəti ilə Ginnesin Dünya Rekordları kitabına düşən insan isə, fransalı qadın Jan Luiz Kalmandər. O, 1997-ci ildə dünyasını dəyişəndə 122 yaşında idi. …read more

From:: ANS