Elnur Türkiyədə yenə səs saldı (VİDEO, FOTO)

“O səs Türkiyə”dəki ifası ilə bir daha gündəmə gələn Elnur Hüseynov Türkiyənin ən reytinqli verilişlərindən birinə qonaq olub.

ANS PRESS-in məlumatına görə, həmyerlimiz məşhur müğənni Sertab Erenerlə birgə Acunun “TV8” telekanalında “3 adam” proqramına qatılıb.

Keyfli və əyləncəli söhbətin baş tutduğu “3 adam”da Elnur ilk olaraq, “Aşk” adlı mahnını ifa edib. Onun bu ifası alqışlarla qarşılanıb və hamı onu heyranlıqla izləyib.

Daha sonra Sertab Erener ifaçımızın səsinin möhtəşəm olduğunu bildirib və birlikdə ingiliscə “Sweet Dreams” adlı mahnını duet oxuyublar. Canlı ifadan sonra Elnur Hüseynov türk müğənniyə olan sevgisini çatdırıb və proqramdan ayrılıb.

Möhtəşəm ifası ilə Türkiyədə, eləcə də ölkəmizdə hamı tərəfindən maraqla qarşılanan ifaçı günlərlə internetdə “trend topik”lərdən (TT – ən çox danışılanlar) olub.

Qeyd edək ki, “O səs Türkiyə”dəki ifası ilə bütün Türkiyəni heyran edən E.Hüseynov Ebru Gündəşin komandasında mübarizə aparacaq. O, “Eurovision 2008”-də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır

…read more

From:: ANS