Aktrisa əkizlərini göstərdi (FOTO)

Hollivudun ən məşhur simalarından birinin əkiz qızlarının yeni fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, “Sex and the City” serialı ilə ulduzu daha da parlayan Sara Cessika Parkerin beş yaşlı qızları Nyu-York küçələrində görüntüləniblər.

Surroqat ana vasitəsilə doğulan Marion və Tabitha sevimli halları ilə diqqət çəkiblər. Əkizlərin böyüdükçə modaya olan marağı da gözdən qaçmayıb.

Qeyd edək ki, Cessika Parkerin 1997-ci ildə ailə qurduğu Mett Broderiklə əkizlərdən başqa 12 yaşlı oğlu da var.

Əkizlərin surroqat anası 26 yaşlı biseksual rokçu olub.

…read more

From:: ANS